Yəməndə toqquşmalar nəticəsində 38 nəfər ölüb
Yəmənin cənubunda yerli özünümüdafiə dəstələri və şiə üsyançıları (husilər) arasında baş verən toqquşmalar nəticəsində 38 nəfər ölüb.
AzNews.info APA-ın istinadən verdiyi xəbərə görə, bu barədə “Sky News-Arabia” telekanalı məlumat yayıb.
Məlumatda çoxsaylı yaralıların olduğu bildirilir.
Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirməyə başlayıb.
Mənbə:> APA