Sarkoziyə qarşı ittiham irəli sürüldü
Fransanın sabiq prezidenti Nikolya Sarkoziyə qarşı 2007-ci ildə prezident kampaniyasının Liviyadan maliyyələşdirilməsi ilə bağlı ittiham irəli sürülüb.
Virtualaz.org bildirir ki, bu barədə “Monde” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, keçmiş prezident 25 saat çəkən sorğu-sualdan sonra sərbəst buraxılsa da, məhkəmə nəzarəti altına alınıb.
Xatırladaq ki, N.Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub.
Mənbə:> Virtualaz.org