Sabiq prezident məhkəmədə » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Sabiq prezident məhkəmədə

Sabiq prezident məhkəmədə


Ukraynanın baş prokurorluğu ölkənin sabiq prezidenti Viktor Yanukoviçə qarşı korrupsiya ittihamları ilə məhkəmə işi açacaq.

ANS PRESS-in məlumatına görə, prokurorluq artıq ona qarşı ilkin dəlilləri də təqdim edib. Hökumət Yanukoviçi cinayətkar təşkilat yaratmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edir.

Eyni zamanda, hökumətin 5 yüksək rütbəli işçilərinə qarşı da hüquqi proses başladılıb. Anti-korrupsiya təşviqatçısı Vitali Şabunin hökumətin Yanukoviçə qarşı atılan addımlarda müəyyən qədər gecikdiyini də deyib.

Şabuninin sözlərinə görə, sabiq baş prokuror Vitali Yarema vaxtında tədbir görərək Yanukoviçin bank hesablarını dondura bilərdi. Yanukoviç isə ittihamları qəbul etməyib.

Sabiq dövlət başçısı video-link vasitəsi ilə məhkəmədə ifadə verməyə hazır olduğunu deyib.

Qeyd edək ki, 2006-cı il parlament seçkilərində Viktor Yanukoviç və onun partiyası parlament seçkilərində uğur qazanıb, Ali Radada ən böyük fraksiyanı yaradıb.

Böhran əleyhinə koalisiyası yaradılıb və Viktor Yanukoviç yenidən baş nazir kürsüsünə əyləşib. Baş nazir dərhal prezident Viktor Yuşşenkonun elan etdiyi prinsiplərdən fərqli xarici siyasət kursu yürütməyə başlayıb.

Brüsselə səfəri zamanı Viktor Yanukoviç elan edib ki, Ukrayna NATO-ya qəbul olmağa hazır deyil. O, paralel olaraq Moskva ilə əlaqələri genişləndirib. Bu fonda prezident və baş nazirin tərəfdarları arasında hakimiyyət daxilində çəkişmə güclənib.

2007-ci ildə Viktor Yuşşenko Ali Radanı buraxıb, deputatları Konstitusiyaya zidd hərəkətlərdə ittiham edib. 2007-ci il seçkilərində Viktor Yanukoviç baş nazir postunu itirib və yenidən müxalifətə keçib. Hökumətə Yuliya Timoşenko rəhbərlik etməyə başlayıb.

2010-cu il prezident seçkilərində Viktor Yanukoviç və Yuliya Timoşenko qələbə qazanmağa potensial namizədlər sayılırdılar. Nəticədə Yanukoviç seçkilərdə qalib gələrək Ukraynanın 4-cü prezidenti olub.

22 fevral 2014-cü il tarixində baş vermiş əhalinin narazılığından sonra devrilib və parlament tərəfindən prezidentlik hüququndan məhrum edilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *