Sarkozi məscidə getdi
Fransanın sabiq prezidenti ölkədə yaşayan müsəlmanlarla bir araya gəlib.
ANS PRESS-in məlumatına görə, Fransanın sabiq prezidenti, müxalifətdəki Xalq Hərəkatı Birliyi lideri Nikola Sarkozi Parisdəki məscidi ziyarət edib.
Sabiq prezident orada Fransa İslam Şurası (CFCM) rəhbəri Dalil Əbubəkir və ölkədəki müsəlman icmasının təmsilçilərilə görüşüb. Sarkozini ziyarəti zamanı Paris bələdiyyə sədri namizədi Natali Kosisko-Morizet də müşayiət edib.
Sarkozi görüşdən sonra icma təmsilçiləri ilə danışıqda Fransada islamın siyasi məqsədlərə alət edilməməsi mövzusunda həmrəy olduqlarını bəyan edib.
O, Fransada cəmiyyətin hicab, küçədə ibadət və din xadimlərinin dərs verməsi kimi məsələlərin təsirinə düşməyəcəyini söyləyib.
“Dini qruplaşmaları istəmədiyimiz kimi dəyərlərin də bir-birinə qarışdırılmasınaq qarşıyıq”, - deyə N.Sarkozi bildirib.
Mənbə:> ANSPRESS