Fransa ölüm cəzasını bərpa edir?
Fransada baş vermiş terror hadisəsindən sonra bu ölkədə ölüm hökmünün bərpa edilməsini gündəmə gətirib.
ANS PRESS-in məlumatına görə, Fransanın Milli Cəbhə Partiyasının lideri Jan-Mari Le Pen Fransada ölüm cəzasının yenidən tətbiq edilməsi üçün referendum keçirməyi təklif edib.
Siyasətçi hesab edir ki, Fransa torpaqlarına sızan radikal dindarlığın qarşısının alınması və çox utanc gətirən hadisələrin baş verməməsi üçün ölüm cəzası zəruridir.
Qeyd edək ki, xanım J.L.Penin 2017-ci ildə Fransada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyi gözlənilir.
Mənbə:> ANSPRESS