Nikola Sarkozi qayıdır
Fransanın sabiq prezidenti Nikola Sarkozi müxalifətin sağçı partiyası olan Xalq Hərəkatına Dəstək (XHDB) Birliyinin sədri seçilib.
ANS PRESS-in məlumatına görə, səsvermədə Sarkozi ən yaxın rəqibi, keçmiş kənd təsərrüfatı naziri Bruno le Meyri geridə qoyaraq, səslərin 64.5 faiz səs toplayıb.
Səsvermədə, ümumilikdə, partiyanın 155 minədək üzvü iştirak etsə də, bu, 59 yaşlı sabiq prezidentin heç də ən yaxşı nəticəsi deyil. Belə ki, o , 2004-cü il də partiya lideri seçiləndə 85 faiz səs toplamışdı.
Xatırladaq ki, Nikola Sarkozi 2007-2012-ci illərdə Fransanın prezidenti olub, ancaq 2012-ci ildə sosialist Fransu Olanda seçkilərdəki məğlubiyyətindən sonra siyasi fəaliyyətdən bir müddət uzaqlaşıb. Ekspertlər onun bu uğurunu, prezidentliyə namizədlik istiqamətində ilk addım kimi dəyərləndirir.
Mənbə:> ANSPRESS