Rza Zərrabın qardaşına qarşı da ittiham irəli sürülüb
ABŞ-ın Nyu-York ştatının prokurorluğu iranlı iş adamı Rza Zərrabın qardaşı Məhəmməd Zərraba qarşı ittitam irəli sürüb.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Məhəmməd Zərrab İran hökuməti və şirkətlərinin xeyrinə ABŞ maliyyə sistemindən istifadə də ittiham olunur.
Prokurorluğun məlumatına görə, Məhəmmədin üç əlaltısı olub. Onlardan biri İran və Türkiyə vətəndaşılığı olan qardaşı Rza Zərrab 2016-cı ilin martında Mayamidə (Florida ştatı) həbs edilib.
Günahları sübut olunacağı təqdirdə Zərrab qardaşlarını 30 ilə qədər həbs cəzası gözləyir.
Mənbə:> Qafqazinfo.az