Azərbaycanlı milyarder ABŞ-da azadlığa buraxılır? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Dünya

Azərbaycanlı milyarder ABŞ-da azadlığa buraxılır?

Azərbaycanlı milyarder ABŞ-da azadlığa buraxılır?


ABŞ-da həbs edilən iranlı biznesmen və Türkiyə vətəndaşı Rza Zərrabın 50 milyon dollar müqabilində zaminə buraxılma tələbini məhkəmə bu gün Nyu Yorkda dəyərləndirəcək.

Virtualaz.org BBC-yə istinadən bildirir ki, zaminə buraxılma tələbinə qarşı çıxan Nyu York Cənub Dairəsi federal prokuroru Prit Bharara iş adamının vəkillərinin məhkəməyə təqdim etdiyi sənədlərə etiraz edib.

Prokuror Bharara, Zərrabın məhkəməni aldatmağa çalışmağa davam etdiyini bildirib.

O, cənab Zərrabın vəkillərinin “hüquqi baxımdan qüsurlu” və “yanlış” məlumatlar verdiyini deyib.

Zərrabın böyük sərvətini gizlətməyə çalışdığını deyən Bharara, biznesmenin ilkin istintaqda ingiliscə bilmədiyi və tərcüməçi verilmədiyi üçün səhv bəyanat verməsinə dair iddiasının həqiqətə uyğun olmadığını bildirirb.

Bharara sorğu zamanı tərcüməçinin orada olduğunu və bunun məhkəməyə verilən videoda təsvir olunduğunu deyib.

Bharara bildirib ki, Zərrab zaminə buraxılarsa, böyük sərvəti və yüksək rütbəli şəxslərlə münasibətləri olduğu üçün ölkədən qaçma riski genişdir.

Qeyd edək ki, Rza Zərrab martın 19-da ABŞ-ın Mayami şəhərində ailəsi ilə birlikdə istirahətdə olarkən polis tərəfindən saxlanılıb. Dörd müxtəlif qanun pozuntusunda ittiham olunan iş adamı üçün məhkəmədə 75 il həbs cəzası tələb olunub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *