Rza Zərrabla bağlı yeni qərar verildi
Martın 19-da ABŞ-ın Mayami şəhərində həbs olunan və İrana qarşı sanksiyaları pozmaqda, beynəlxalq miqyaslı qeyri-leqal pul transferində və saxtakarlıqda ittiham edilən iranlı iş adamı Rza Zərrabın işi ilə bağlı dəyişiklik olub.
Oxu.Az xəbər verir ki, Zərrabın Mayamidəki müvəqqəti vəkili Lee Stapleton ötən gün məhkəməyə ərizə təqdim edərək aprelində 4-də keçiriləcək məhkəmə prosesini təxirə salınmasını tələb edib.
Mayami prokuroru James Hayes vəkilin təqdim etdiyi ərizəyə etiraz etməyib. Bunun ardınca hakim Edwin Torres ərizəni həmin gün qəbul edib və beləliklə, 4 aprel tarixində baş tutacaq məhkəmə prosesi ləğv olunub.
“Twitter”də qərara dair sənədi yayımlayan Baş prokuror Preet Bharara “Rza Zərrab Floridadakı məhkəmə prosesindən imtina etdi, bundan sonrakı əməliyyatlar üçün Nyu-Yorka nəql ediləcək” deyib.
Mənbə:> Oxu.Az