MTN-in 10 zabiti məhkəmə qarşısında » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Kriminal

MTN-in 10 zabiti məhkəmə qarşısında

MTN-in 10 zabiti məhkəmə qarşısında


Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə İdarəsi tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin 10 əməkdaşı barəsində həbs qərarının çıxarılması ilə bağlı məhkəməyə təqdimat göndərilib.

AzNews.info teleqraf.com-a istinadən xəbər verir ki, həbs qərarının çıxarılması ilə bağlı təqdimat Nəsimi rayon Məhkəməsinə göndərilib. Hazırda həmin şəxslərin barəsində həbs qərarının çıxarılması üçün proses keçirilir.

Sayt yazır ki, artıq Vəkillər Kollegiyasına da 10 vəkilin təcili məhkəməyə çağırılması üçün çağırış göndərilib. Vəkillər Kollegiyasının 14-cü hüquq məsləhətxanasından 10 vəkil həmin təqdimatla bağlı keçirilən məhkəmə prosesinə göndəriliblər.

14 saylı hüquq məshələtxanasından bildiriblər ki, burada olan vəkillər Nəsimi rayon Məhkəməsində bir qrup şəxsin barəsində həbs qərarının çıxarılması ilə bağlı prosesdə iştirak edirlər: “Günün sonu olduğu üçün bizdə ətraflı məlumat yoxdur. Buna görə də kimlərin barəsində proses keçirilir, bu barədə də məlumat verə bilmərik”.

Xatırladaq ki, Eldar Mahmudov oktyabrın 17-də Milli Təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Bundan sonra Baş Prokuror yanında Korrupsiya İdarəsi MTN-də yoxlamalara başlayıb.

Mənbə: Teleqraf.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *