Türkiyədə ABŞ səfirliyinə hücum etmək istəyən 16 nəfər saxlanıldı
Türkiyənin Samsun şəhərində ABŞ-ın Ankaradakı səfirliyinə hücum təşkil etməkdə şübhəli bilinən dörd nəfər saxlanılıb.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, saxlanılan şəxslərin hamısı İraq vətəndaşlarıdır və İŞİD təşkilatının üzvləridir.
Bundan əlavə, ABŞ səfirliyinin xəbərdarlığından sonra Ankarada İŞİD-ə qarşı keçirilən əməliyyat nəticəsində 12 nəfər saxlanılıb. Ümumilikdə isə saxlanılan şəxslərin sayı 16-dır.
Mənbə:> Virtualaz.org