Türkiyədə İŞİD-ə qarşı əməliyyat: Azərbaycanlılar saxlanıldı
Türkiyə polisi ölkənin İstanbul şəhərinin Sultanbəyli və daha 2 başqa yaşayış məntəqəsində İŞİD-ə qarşı 25 ünvanda əməliyyat keçirib.
Oxu.Az Haber Türk-ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 21 nəfər saxlanılıb.
Onlardan 2-si azərbaycanlı, 7-si isə uşaqdır. Əməliyyatda maraqlı məqam da ortaya çıxıb.
Belə ki, polislər İŞİD yaraqlılarının özləri üçün xüsusi məscid qurduqları və hətta imam seçdiklərini müəyyənləşdiriblər.
Mənbə:> Oxu.Az