Ankarada İŞİD-ə qarşı əməliyyat: Saxlanılanlar var
NATO Şurası Türkiyənin çağırışı ilə təcili iclasa toplanır.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama yayan Türkiyə XİN iclasın Şimali Atlantika Alyansının 4-cü maddəsi çərçivəsində baş tutacağını bəyan edib.
Bildirilir ki, Türkiyənin beynəlxalq təhlükəsizliyinə qarşı edilən son hücum və təhdidlər, terrorizmə qarşı atılan addımlar və həyata keçirilən əməliyyatlar barədə müttəfiqlərini məlumatlandırmaq üçün Şura bu həftə, iyulun 28-də iclas keçirəcək.
Bu arada Türkiyənin paytaxtı Ankarada polis İŞİD-ə qarşı əməliyyat keçirib. Son məlumatlara görə, əməliyyat çərçivəsində 15 nəfər saxlanılıb.
500 nəfərə yaxın polisin iştirak etdiyi əməliyyat Ankaranın Hacı Bayram məhəlləsində baş tutub.
İŞİD-ə mənsub olub-olmadığını araşdırmaq üçün saxlanılan 15 nəfərdən 11-nin əcnəbi olduğu bildirilir.
Bundan başqa, Türkiyə Hərbi Hava Qüvvələri İŞİD yaraqlılarına qarşı əməliyyatı davam etdirirlər.
Belə ki, Diyarbəkirdən havaya qalxan 8-ci eskadrilyanın təyyarələri ölkə daxili və xaricindəki hədəflərə raket-bomba zərbələri endiriblər.
Mənbə:> Oxu.Az