Səudiyyə Ərəbistanında 431 İŞİD üzvü saxlanılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Kriminal

Səudiyyə Ərəbistanında 431 İŞİD üzvü saxlanılıb

Səudiyyə Ərəbistanında 431 İŞİD üzvü saxlanılıb


Səudiyyə Ərəbistanının polisi "İŞİD" terror qruplaşmasına üzv olmaqda şübhəli bilinən 431 nəfəri saxlayıb. ANS PRESS-in məlumatına görə, cihadçı hərəkatın yerli qanadı ölkədə ötən ilin noyabr ayından fəaliyyətə başlayıb. Saxlanılan qrupun məscid, diplomatik nümayəndəliklər və polis idarələri kimi müxtəlif inzibati hədəflərə hücum planlaşdırdığı bildirilir. İŞİD bu ilin may ayında ölkənin şərqindəki şiə məscidinə 20-dən artıq adamın ölümü ilə nəticələnən hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdü. Səudiyyə Ərəbistanı İraq və Suriyada İŞİD qruplaşmasına qarşı hava hücumları həyata keçirən beynəlxalq koalisiyanın üzvüdür. Ötən ilin noyabr ayında yayımlanan audiomüraciətində İŞİD hərəkatının lideri tərəfdarlarını şiə hədəflərinə qarşı hücumlara səsləyib. Daxili İşlər Nazirliyi əksəriyyəti səudiyyəlilər olan saxlanılan şəxslərin Suriya və Yəmən də daxil olmaqla 6 dövlətin vətəndaşları olduğunu bildirir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *