30 nəfərin qatili məlum oldu
Səudiyyə Ərəbistanı 30 məsciddə teror aktı törədərək 30 nəfəri qətlə yetirənin şəxsiyyatını müəyyənləşdirib.
ANS PRESS-in məlumatına görə, bu barədə "Ria Novosti" agentliyi xəbər yayıb.
Ölkənin Daxili işlər nazirliyindən bildiriblər ki, terror hadisəsini törədən tələbə olub.
“İstintaq tədbirləri nəticəsində imam Əli ibn Abi Talib məscidində terror aktını törədənin şəxsiyyətini müəyyənləşdirmək olub. Bu Səudiyyə Ərəbistanı vətəndaşı Əl-Qətif əyalətində Əl-Hodeyx yaşayış məskənindən olan Saleh ibn Əbdül Rəhman əl Xəşamidir”- deyə DİN açıqlamasında bildirilir.
Səudiyyə Ərəbistanı hüquq mühafizə orqanlarının məlumatına görə intiharçı İŞİD terror qruplaşmasına aidiyyəti olduğundan axtarışda idi.
Bundan əvvəl xəbər verilmişdi ki, İŞİD terror qruplaşması silahlıları Səudiyyə Ərəbistanında şiə məscidinə hücumun məsuliyyətini öz boynuna götürmüşdü.
Mənbə:> ANSPRESS