Şahin Mustafayev: Səudiyyə Ərəbistanı ilə ticari əməkdaşlıq genişlənəcək » AzNews.info -Xəbər portalı

Şahin Mustafayev: Səudiyyə Ərəbistanı ilə ticari əməkdaşlıq genişlənəcək

Şahin Mustafayev: Səudiyyə Ərəbistanı ilə ticari əməkdaşlıq genişlənəcək


Azərbaycanın turizm potensialı Səudiyyə Ərəbistanından olan turistlərin diqqətini cəlb edir.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumunda Səudiyyə Ərəbistanı Krallığının ticarət və sənaye naziri Tofiq Fəvzan Əl-Rəbiə bildirib.

“Hər iki ölkə müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsində maraqlıdır”-deyə, biznes forumda bildirilib.

Öz növbəsində, İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev bildirib ki, iki ölkə arasında müxtəlif sahələri əhatə edən 18 sənəd imzalanıb.

Azərbaycan–Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərinə gəlincə, Şahin Mustafayev qeyd edib ki, bunun üçün hüquqi bazanın genişləndirilməsi, ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.

Xatırladaq ki, biznes forumda rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, logistika, turizm, konsaltinq, neft- kimya, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 300-dən çox iş adamı iştirak edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı nümayəndə heyətinə daxil olan iş adamları Sumqayıt Kimya Sənaye Parkı və "Greentech" İstixana Kompleksində olacaqlar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *