Bakıda vacib işgüzar görüş » AzNews.info -Xəbər portalı

Bakıda vacib işgüzar görüş

Bakıda vacib işgüzar görüş


Serbiyanın Baş naziri Aleksandr Vuçiçin ölkəmizə səfəri çərçivəsində Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib.

ANS PRESS xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Azərbaycan iş adamları iştirak edib.

Nazir Şahin Mustafayev Azərbaycanla Serbiya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, bunun iqtisadi və digər sahələrdə də əməkdaşlığın inkişafına təkan verdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarınln qarşılıqlı səfərlərinin əhəmiyyətli rol oynadığını söyləyib.

Bildirilib ki, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti, iş adamlarının iştirakı ilə keçirilən biznes forum və "dəyirmi masa"lar əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynayır. Hazırda Azərbaycan şirkətləri Serbiyada, Serbiya kapitallı şirkətlər isə ölkəmizdə uğurla fəaliyyət göstərir, investisiya qoyuluşu həyata keçirilir. Azərbaycanın “Azvirt” şirkəti Serbiyada yol tikintisi ilə məşğul olur. Ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malikdir.

Ş.Mustafayev hər iki tərəfin iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Təsadüfi deyil ki, Serbiya Respublikasının Baş naziri Aleksandr Vuçiç Azərbaycana səfər proqramına iş adamları ilə görüşü də daxil edib.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir ölkəmizdə makroiqtisadi sabitliyin və davamlı iqtisadi inkişafın təmin olunduğunu, son 10 ildə ÜDM-in 3 dəfə artdığını, ölkəmizdə əlverişli biznes və investisiya mühitinin yaradıldığını bildirib.

Baş nazir Aleksandr Vuçiç Azərbaycan və Serbiya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu deyib, ölkəsinin iqtisadiyyatı və iş adamları üçün yaradılmış imkanlar barədə məlumat verib. Serbiya və Azərbaycan arasında ticarət-iqtisadi və investisiya sahəsində əlaqələrin genişləndirilməsi perspektivləri barədə danışan baş nazir Azərbaycanın “AzVirt” şirkətinin Serbiyada uğurla fəaliyyət göstərdiyini söyləyib, digər Azərbaycan şirkətlərini də tikinti, kənd təsərrüfatı, kimya və s. sahələrdə həyata keçirilən layihələrdə, Serbiyada aparılan özəlləşdirmə prosesində fəal iştiraka dəvət edib.

Bundan başqa, ticarət dövriyyəsinin artırılması üçün də geniş potensial var. Baş nazir deyib ki, ilin sonuna qədər Bakı-Belqrad aviareysi açıla bilər, bu isə turizm sahəsində əlaqələrin inkişafında əhəmiyyətlidir. İşgüzar görüşdə Azərbaycan və Serbiya arasında əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *