Türkiyədən fövqəladə çağırış
Türkiyə Xarici İşlər Nazirliyi İŞİD terrorçu qruplaşmasına qarşı həyata keçirilən hərbi əməliyyatlardan sonra NATO-nu fövqəladə toplantının keçirilməsinə çağırıb.
ANS PRESS-in məluamtına görə, Türkiyə XİN-in yaydığı açıqlama bildirilir ki, iyunun 20-də Suruç rayonunda törədilən və 32 məsum vətəndaşın həyatını itirdiyi terror aktı başda olmaqla Diyarbakır, Şanlıurfa və Kilis vilayətlərində hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələrinin əməkdaşlarına qarşı həyata keçirilən hücumlarla əlaqədar lazımi tədbilər görülüb və Türkiyə Silahlı Qüvvələri tərəfindən əməliyyatlara başlanılıb.
"Bu çərçivədə BMT Təhlükəsizlik Təşkilatına lazımi məlumatlar verilib, üzvü olduğumuz digər beynəlxalaq təşkilatlar da lazımi şəkildə məlumatlandırılıb. Beynəlxalq təhlükəsizliyimizə yönəlik bu son hücumlar və təhdidlərlə əlaqədar terrorizmə qarşı gördüyümüz tədbirlər və həyata keçirdiyimiz əməliyyatlar haqqında müttəfiqlərimizi məlumatlandırmaq və müşavirə keçirmək məqsədilə Şimali Atlantik Anlaşmasının 4-cü maddəsi çərçivəsində NATO ölkələri gələn həftə tərəfimizdən toplantıya çağırılıb", deyə XİN-in açıqlamasında bildirilir.
NATO baş katibi Yens Stoltenberqin rəhbərliyi ilə təşkil olunacaq toplantının iyunun 28-də keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, iyulun 20-də Türkiyənin Şanlıurfa vilayətinin Suruç şəhərində terror aktı törədilib.
Nəticədə 32 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. İstintaqın məlumatına görə, terror aktını 20 yaşlı Şeyx Əbdürrəhman Alagöz törədib. Türkiyə hakimiyyəti partlayışın İŞİD tərəfindən təşkil edildiyini açıqlayıb.
Bunun ardınca Türkiyə Hərbi Hava Qüvvələri İŞİD-in Suriya və İraqdakı hədəflərinə aviazərbələr endirib.
Eyni zamanda Türkiyə hökuməti İŞİD-in mövqelərinə hava zərbələri endirmək üçün Adanadakı İncirlik hərbi bazasını ABŞ Hərbi Hava Qüvvələrinin ixtiyarına verib.
Mənbə:> ANSPRESS