Ankarada terror aktında şübhəli bilinən 10 nəfər həbs olundu
Ankarada terror aktı ilə əlaqəli olmaqda şübhəli bilinən 10 nəfər saxlanılıb, bu barədə TGRT telekanalına müsahibəsində Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.
Oxu.Az xəbər verir ki, saxlanılanların İŞİD və Kürdistan fəhlə partiyası ilə əlaqələri var.
“Terror aktının istintaqı çərçivəsində 10 nəfər saxlanılıb. Saxlanılan şəxslərin “İslam dövləti” (İŞİD) və Kürdistanın fəhlə partiyası ilə əlaqələri var”, - Davudoğlu bildirib.
Xatırladaq ki, şənbə günü oktyabrın 10-da Ankarada “Əmək. Sülh. Demokratiya” mitinqinin keçirildiyi yerdə ikiqat partlayış baş verib. Mitinqin iştirakçıları Türkiyə hakimiyyəti və kürdlər arasındakı hərbi qarşıdurmanın dayandırılmasını tələb ediblər.
Terror aktının qurbanlarının sayı 106 nəfərə çatıb. Müvafiq məlumatı Ankara Tibb palatasının əməkdaşları verib.
Son məlumata əsasən daha 89 nəfər yaralanıb.
Mənbə:> Oxu.Az