Rusiya Bakıda Humanitar Yardım Mərkəzi açacaq
Bakıda Xəzəryanı Humanitar Yardım Mərkəzinin açılması planlaşdırılır.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyi yanında “Emerkom” Rusiyanın Beynəlxalq Humanitar Əməliyyatlarda İştirakının Təminatı və Əlaqələndirmə Agentliyinin direktoru Yuri Brajnikov martın 1-i Beynəlxalq Mülki Müdafiə Günü münasibəti ilə keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, ilk dəfə Serbiyanın Niş şəhərində Rusiya-Serbiya Humanitar Mərkəzi yaradılıb: “Bu bizim ümidlərimizi doğrultdu. İkinci mərkəzi Yerevanda açmışıq. Növbəti mərkəz isə Bakıda yaradılacaq”.
Y.Brajnikov deyib ki, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Nikaraqua və Kubada da belə humanitar yardım mərkəzlərinin açılması mümkündür.
Mənbə:> Virtualaz.org