Bakı və Moskva V Humanitar Foruma hazırlaşır
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-i məlumat yayıb.
“Azərbaycanlı həmkarlarımız ilə birgə sentyabrın 29-da iki ölkə liderlərinin rəhbərliyi altında Bakıda keçiriləcək V Beynəlxalq Humanitar Foruma hazırlıq üzrə danışıqlar aparırıq”, - deyə məlumatda bildirilir.
Bundan başqa XİN iyulun 11-12-də Segey Lavrovun Azərbaycana işgüzar səfərə gələcəyini də təsdiqləyib.
“Danışıqlara Rusiya-Azərbaycan siyasi dialoqunun inkişafının davamı konteksti kimi baxırıq.
Bakıda görüşlər zamanı ikitərəfli aktual məsələrin müzakirəsi, eləcə də Vyana və Sankt-Peterburqda əldə edilmiş razılaşmalar əsasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fikir mübadiləsi baş tutacaq”, - Rusiya XİN-nin məlumatında qeyd edilir.
Mənbə:> Oxu.Az