Rusiya XİN Qarabağ sammiti ilə bağlı xəbəri saytından çıxardı » AzNews.info -Xəbər portalı

Rusiya XİN Qarabağ sammiti ilə bağlı xəbəri saytından çıxardı

Rusiya XİN Qarabağ sammiti ilə bağlı xəbəri saytından çıxardı

Yenilənmiş variantda sammitlə bağlı hissə yoxdur.

Rusiya XİN Qarabağ sammitinə hazırlıqla bağlı hissəni saytında yerləşdirdiyi xəbərin mətnindən çıxarıb, Oxu.Az News.am-a istinadən xəbər verir.

Bildirilir ki, mətnin ilkin variantında deyilirdi:

“Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Fransanın RF-dəki səfiri Jan-Moris Riper ilə Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli sammitə hazırlıq işlərini müzakirə edib.

Söhbət zamanı Ukraynada böhranın nizamlanması üzrə beynəlxalq səylərlə bağlı məsələlər də müzakirə edilib. Cənubi Qafqaz və Mərkəzi Asiyadakı vəziyyətə toxunulub”.

Amma mətnin korrektə olunmuş variantında sammitlə bağlı hissə yoxdur. Son variant bu cür təqdim olunub:

“Söhbət zamanı Ukaynadakı böhranın beynəlxalq səylərlə həll olunması, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə olunub”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *