Karasin və Kaspşik Qarabağı müzakirə etdilər
Mayın 27-də məsləhətləşmələrin davamı olaraq Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Ancey Kaspşiki qəbul edib.
Oxu.Az Rusiya XİN-nin məlumatına istinadla xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətə dair aktual məsələlər müzakirə olunub.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatlarına əsasən, hazırda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlıq gedir.
Mənbə:> Oxu.Az