Moskvada Qarabağ müzakirəsi
Mayın 27-də Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.
Virtualaz.org bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazrliyinin saytı məlumat yayıb.
Məlumata görə, görüşdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişə ilə bağlı aktual məsələlər və mövcud vəziyyət müzakirə edilib.
Mənbə:> Virtualaz.org