Kerri və Lavrov Qarabağın taleyini müzakirə etdilər
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında yerləşdirililb.
Məlumatda bildirilir ki, danışıq zamanı bir sıra aktual məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və hazırki mərhələdə Minsk qrupunun mümkün addımları müzakirə olunub.
Mənbə:> Oxu.Az