Lavrov və Nalbandyan Qarabağı müzakirə etdilər
Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi saytında yerləşdirilən məluamtda bildirilir.
“Söhbət zamanı nazirlər gündəlikdə duran ikitərəfli və beynəlxalq aktual məsələləri müzakirə ediblər, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin perspektivləri və münaqişə zonasında atəşkəs rejiminə riayət olunması vəzifələri barədə fikir mübadiləsi aparıblar”, - məlumatda qeyd olunub.
Mənbə:> Oxu.Az