ABŞ və Ermənistan Qarabağ münaqişəsini müzakirə ediblər
Parisdə səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və ABŞ-ın dövlət katibinin müavini Entoni Blinken Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi ətrafında fikir mübadiləsi aparıblar.
Bu barədə Oxu.Az Ermənistan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, tərəflər ikitərəfli əməkdaşlığı, bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Mənbə:> Oxu.Az