Lavrov fransalı həmkarı ilə Qarabağı müzakirə edəcək
Rusiyanın XİN rəhbəri Sergey Lavrov aprelin 19-da fransalı həmkarı Jan-Mark Eyro ilə Ukrayna, Liviya, Suriya və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti Rusiya XİN-ə istinadən məlumat yayıb.
Rusiyanın xarici siyasət idarəsindən bildiriblər ki, “Dağlıq Qarabağda zorakılıq partlayışı ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrləri olan iki ölkənin xarici işlər nazirliklərinin razılaşdırılmalı olduqları gələcək addımlar nəzərdən keçiriləcək”.
Mənbə:> Oxu.Az