Lavrov və Kerri Qarabağda atəşkəsi alqışlayırlar
Rusiyanın XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın Dövlət katibi Con Kerri telefon söhbətində Dağlıq Qarabağda vəziyyətin normallaşmasına dəstək barədə razılığa gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildiriblər.
“Xarici siyasət idarələrinin rəhbərləri Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin dayandırılması haqqında əldə olunmuş sazişi alqışlayıb və regionda vəziyyətin normallaşmasına dəstək göstərmək barədə razılığa gəliblər”, - deyə, nazirlikdən bildiriblər.
Mənbə:> Oxu.Az