Lavrov: Rahatlaşmaq olmaz, münaqişənin həlli tapılmalıdır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Lavrov: Rahatlaşmaq olmaz, münaqişənin həlli tapılmalıdır

Lavrov: Rahatlaşmaq olmaz, münaqişənin həlli tapılmalıdır


Moskva ümid edir ki, Dağlıq Qarabağda atəşin dayandırılması haqqında razılığa əməl olunacaq.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov cümə axşamı bildirib.

“Biz atəşkəs əldə olunmasını məmnunluqla qeyd etdik”, - deyə o, Azərbaycan və İranın XİN rəhbərləri Elmar Məmmədyarov və Məhəmməd Cavad Zəriflə görüşdən sonra bildirib.

“Biz çalışırdıq ki, dostlarımıza əməl olunacağı və yerinə yetiriləcəyinə ümid bəslədiyimiz razılaşma əldə etməkdə kömək olaq”, - deyə Rusiya XİN rəhbəri bildirib.

Bundan başqa, Lavrov qeyd edib ki, “rahatlaşmaq olmaz, münaqişənin siyasi həllini tapmaq lazımdır”.

“Moskva hesab edir ki, Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi təmas xəttində etibar tədbirlərinin işlənilməsini tələb edir”, - deyə o bəyan edib.

O həmçinin əlavə edib ki, “Dağlıq Qarabağda böhranın həlli üçün demək olar ki, bütün komponentlər var”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *