Lavrov: Putin bu problemə şəxsən diqqət ayırır
Dağlıq Qarabağda böhranın həlli üçün demək olar ki, bütün komponentlər var.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov Bakıda mətbuat konfransında bildirib.
“Prezident Putin bu problemə şəxsən diqqət ayırır, nazirlər səviyyəsində həm azərbaycanlı, həm də erməni həmkarlarımızla ikitərəfli və üçtərəfli formatlarda müntəzəm görüşürük.
Həqiqətən də mən razıyam ki, demək olar ki, bütün komponentlər, razılaşmalar masa üzərindədir. Məsələ hətta onları necə düzməkdə yox, hər hansı formulları tapmaqdadır, mən belə deyərdim. Ona görə ki, mahiyyətcə biz çox yaxınıq.
Və dünən burada, Bakıda prezident İlham Əliyevlə, xarici işlər naziri Elmar Məmmədyarovla keçirilən görüşlər və erməni xarici işlər naziri Edvard Nalbandyanla sabahkı görüşüm həmçinin bu səylərimizə həsr olunub.
Şübhəsiz, biz bəlkə bu münaqişənin tez bir zamanda nizamlanmasında iki ölkənin bir çox xarici tərəfdaşlarından daha çox maraqlıyıq”, - deyə o bildirib.
Mənbə:> Oxu.Az