Lavrovdan Bakını qane edəcək bəyanat » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Lavrovdan Bakını qane edəcək bəyanat

Lavrovdan Bakını qane edəcək bəyanat


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın baş diplomatı ilə Moskvada görüşüb. Gözlənildiyi kimi, görüş iki ölkənin gələcək münasibətlərinin müəyyənləşdirilməsi ilə yanaşı Dağlıq Qarabağ probleminin həlli baxımından da diqqət mərkəzində idi. Rusiya xarici işlər naziri Sergey Lavrovun bəyanatı Bakının maraqlarına hesablanmışdı.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə Moskvaya iki günlük səfərə gedən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla rusiyalı həmkarı ararsında mətbuata qapalı keçən iki saatlıq görüşün ardından nazirlər jurnalistlərə açıqlama veriblər.
Azərbaycanlı məsləkdaşı ilə çox faydalı bir görüş keçirdiklərini deyən Sergey Lavrov Rusiya-Azərbaycan münasibətləri xaricində beynəlxalq məsələlər, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fikir mübadiləsi apardıqlarını deyib.
Rusiyalı diplomatın sözlərinə görə, rəsmi Moskva Dağlıq Qarabağ məsələsinin həllini öz xarici siyasət prioritetləri sırasında görür.
“Rusiya hər iki tərəfin qəbul edə biləcəyi razılaşmaların əldə olunması istiqamətində axtarışlara dəstək verməyə davam edəcək. Münaqişənin çox uzandığını heç kəs inkar etmir. Razılaşma üçün real baza var və bunu hamı etiraf edir. İndi bu qarşılıqlı anlayışın konkret məzmuna çevrilməsinə ehtiyac var” – deyə Sergey Lavrov bildirib.
“Sergey Lavrovun da dediyi kimi, münaqişənin həlli çoxdan yetişib. Mən onun nikbinliyini bölüşürəm. Biz dünən və bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı geniş müzakirələr apardıq. Xəzər dənizinin hüquqi statusu ilə bağlı da müzakirələrimiz oldu. Azərbaycanın Xəzərin hüquqi statusu ilə bağlı mövqeyi bir çox məqamlarda Rusiya ilə üst-üstə düşür” – deyə xarici işlər naziri Elmar Məmmədyarov vurğulayıb.
Mətubata açıqlamalarında xarici işlər nazirləri təxminən üç həftə sonra Azərbaycanda keçiriləcək Avropa Oyunlarına da toxunublar. Azərbaycana uğurlar arzulayan Sergey Lavrov deyib ki, bu oyunlarda Rusiyanı geniş tərkibdə həm rəsmi nümayəndə heyəti, həm də idmançılardan ibarət qrup təmsil edəcək.
Elmar Məmmədyarov da iyunun 12-də oyunların açılış mərasimində iştirakı planlaşdırılan Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri çərçivəsində gündəlikdə olan konkret məsələlərin müzakirəsinin planlaşdırıldığı barədə məlumat verib.
Mətbuata açıqlamadan sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskva səfəri çərçivəsində Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin və baş nazirinin müavini Dmitri Roqozinlə də görüşüb.
Rusiya Xarici İşlər Nazirliyinin Elmar Məmmədyarovun Moskva səfəri ilə bağlı bəyanatında deyilir ki, Azərbaycan Rusiya üçün Qafqaz və Xəzər regionunda mühüm bir strateji müttəfiqdir. Rusiya ilə Azərbaycan arasında 2014-cü ildə 4 milyard dollardan çox ümumi ticarət həcmi qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 16 faiz, yəni indiyə qədər maksimum artım deməkdir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *