RF XİN: Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

RF XİN: Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır

RF XİN: Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır


Azərbaycan Rusiyanın Zaqafqaziya və Xəzər regionunda mühüm strateji tərəfdaşıdır. Bakı ilə bərabərhüquqlu, bir-birinin maraqlarına hörmət və mehriban qonşuluq əsaslarında münasibətlər qururuq.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın XİN informasiya və mətbuat Departamentinin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya Federasiyasına səfərinə dair şərhlərində deyilir.

Bəyanatda qeyd edilir ki, səfər RF XİN rəhbəri Sergey Lavrovun dəvəti ilə baş tutacaq və 2 gün davam edəcək.

Rusiyaya rəsmi səfər çərçivəsində Elmar Məmmədyarov RF Dövlət Dumasının sədri Narışkin, Rusiya hökumətinin baş nazirinin müavini Dmitri Roqozin ilə görüşəcək.

“Danışıqlar zamanı may ayının 25-də xarici siyasət nazirliklərinin rəhbərləri ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini, regional və beynəlxalq gündəmi, o cümlədən də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edəcəklər.

Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir, artıq 20 ildən artıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində fəal rol oynamağa davam edir. Coğrafi yaxınlığı və xalqlarımızın ümumi tarixini nəzərə alaraq münaqişənin həll edilməsi bizim üçün birinci dərəcəlidir və Rusiyanın xarici siyasət prioritetlərindəndir.

Bununla yanaşı qeyd etmək lazımdır ki, ATƏT-in Minsk qrupu “çiyin-çiyinə durmağa” yardım edə bilər, həll variantlarını təklif edə bilər. Münaqişənin həlli isə vasitəçilərdən asılı deyil, münaqişə tərəflərindən asılıdır.

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hardansa, kənardan “sehirli reseptlərin” peyda olacağına, nə tərəflər, nə də vasitəçilər ümid edir. Bu yolun öhdəsindən yalnız bu yolda yürüyən gələ bilər”, - RF XİN bəyanatında bildirilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *