Rusiya XİN Məmmədyarovun səfəri haqda: “Qarabağın həlli bizdən asılı deyil...” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Rəsmi

Rusiya XİN Məmmədyarovun səfəri haqda: “Qarabağın həlli bizdən asılı deyil...”

Rusiya XİN Məmmədyarovun səfəri haqda: “Qarabağın həlli bizdən asılı deyil...”


Rusiya XİN-in Mətbuat və İnformasiya Departamenti Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya mayın 24-də başlayacaq rəsmi səfərinə dair şərhlə çıxış edib.

Virtualaz.org saytı həmin şərhi təqdim edir:

***

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə mayın 24-26-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya səfər edəcək.

Bu səfəri Rusiya-Azərbaycan siyasi dialoqunun inkişafının davamı kontekstində nəzərdən keçiririk. E.Məmmədyarov Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin və baş nazirin müavini Dmitri Roqozin tərəfindən qəbul olunacaq.

Azərbaycan Zaqafqaziya və Xəzər regionunda Rusiyanın mühüm strateji tərəfdaşıdır. Bakı ilə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq, bir-birinin maraqlarına hörmət və xeyirxah qonşuluq prinsipləri üzərində qururuq.

Bizim ölkələr arasında qarşılıqlı münasibətlərin prinsip və prioritetlərini müəyyən edən əsas səbən 3 iyul, 1997-ci ildə imzalanmış Rusiya-Azərbaycan strateji tərəfdaşlıq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik müqaviləsidir.

Müqavilənin müddəaları 3 iyul 2008-ci ildə Rusiya ilə Azərbaycan arasında imzalanmış dostluq və strateji tərəfdaşlıq Bəyannaməsində sonrakı inkişafını tapıb.

Mayın 25-də keçiriləcək danışıqlar zamanı xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini, regional və beynəlxalq gündəmin mühüm aspektlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər.

Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olaraq iki onillikdən də artıq müddət ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal rol oynayır. Coğrafi yaxınlığı və xalqlarımızın ümumi tarixini nəzərə alaraq münaqişənin nizamlanması bizim üçün birinci dərəcəli məsələdir və Rusiyanın xarici siyasət prioritetlərinə daxildir.

Bununla belə qeyd etmək lazımdır ki, Minsk Qrupu “çiynini yükün altına qoyaraq” münaqişənin həlli variantlarını təklif edə bilər. Nizamlanmasının özü isə vasitəçilərdən yox, münaqişənin tərəflərindən asılıdır. Haradansa kənardan Dağlıq Qarabağ münaqişəsinin anidən nizamlanmasına imkan verən “sehrli reseptlər”in meydana çıxacağına nə münaqişə tərəfləri, nə vasitəçilər arxayın olmalı deyil. Bu yolu onu gedən başa vuracaq.

Azərbaycan rəhbərliyinin Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə yönələn xəttini yüksək qiymətləndiririk. 2014-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 4 milyard dolları keçib, 2013-cü ilə nisbətən 12 faiz artıb. Rusiya ilə Azərbaycan arasında 2020-ci ilə qədər iqtisadi əməkdaşlıq Proqramı üzərində iş başa çatmaq üzrədir. Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına çıxarılmasına dair birgə fəaliyyət genişlənib. Hökumətlərarası komissiyanın qərarı ilə kənd təsərrüfatında əməkdaşlıq üzrə işçi qrup yaradılıb. Aprelin 15-16-da Bakıda işçi qrupun birinci iclası olub.

Rusiya humanitar sferada əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Təhsil, elm, mədəniyyət əv incəsənət sahəsində, vətəndaş cəmiyyətləri arasında əlaqələrin genişlənməsi və təkmilləşməsi Rusiya və Azərbaycan xalqları arasında tarixən mövcud olan mənəvi əlaqələrin saxlanılmasına və inkişafına imkan verəcək.

2014-cü ilin sentyabrında Bakıda keçirilmiş IV Beynəlxalq humanitar əməkdaşlıq forumunu yüksək qiymətləndiririk.

Rusiya-Azərbaycan münasibətlərinin mühüm tərkib hissəsi regionlararası əməkdaşlıqdır. Rusiya Federasiyasının 71 subyektindən 500-dən çox şirkət Azərbaycanla təsərrüfat əlaqələrinə cəlb olunub. Bu əlaqələrin daha da genişlənməsi üçün zəmin var.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *