Memorandum imzalandı
Azərbaycan və Rusiya arasında Memorandum imzalanıb.
ANS PRESS-in məlumatına görə, sənədi Azərbaycan tərəfindən baş nazirin müavini Eyyub Yaqubov, Rusiya tərəfindən isə Moskva meri Sergey Sobyanin imzalayıb.
Azərbaycan və Rusiya arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum Bakıda imzalanıb. Həmçinin, Azərbaycan məhsullarının Moskvaya tədarük edəcək şirkətlər arasında 48 sənəddən ibarət razılaşma paketi imzalanıb.
İmzalanmadan əvvəl açıqlama verən baş nazirin müavini qeyd edib ki, Azərbaycan Rusiya Federasiyasının 72 subyekti ilə əlaqələri inkişaf etdirir.
E. Yaqubov həmçinin Qərbin Rusiya haqqındakı sanksiyaları ilə bağlı vəziyyəti şərh edib: "Bunlar heç bir nəticə verməyəcək. Rusiya əksinə daha möhkəm və daha güclü olacaq".
Mənbə:> ANSPRESS