Kremldə Qarabağla bağlı danışıqlar başlayır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Kremldə Qarabağla bağlı danışıqlar başlayır

Kremldə Qarabağla bağlı danışıqlar başlayır


Azərbaycnın və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov bu gün Moskvada görüşəcəklər.

ANS PRESS-in Rusiya XİN-ə idinadla verdiyi xəbərə görə, tərəflər mayın 25-də keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsini və ikitərəfli münasibətlərin gücləndirilməsi yollarımı müzakirə edəcəklər

Moskvada səfərdə olan Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bu rusiyalı həmkarı ilə regional və baynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparacaqlar.

Bundan əlavə, E.Məmmədyarovun Dövlət Dumasının sədri Sergey Narışkin və baş nazirin müavini Dmitri Roqozin ilə görüşləri nəzərdə tutulub.

Ekspertlər Azərbaycanın yüksək vəzifəli şəxsinin Moskvaya səfərini "başadüşülən addım" kimi dəyərləndiriblər. Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" ölkələrinin sammitində Azərbaycanla bağlı məsələlərin bir o qədər də diqqətə alınmaması Qafqazın bu lider ölkəsinin Rusiya ilə bütün sahələrdə münasibətlərinin daha da inkişaf etdirilməsinə məntiqli əsas yaradıb. Bu baxımdan indiki səfər vacibliyini qoruyub saxlayır.

Xatırladaq ki, bu il Rusiya və Azərbaycan arasında ticarət ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artıb və Azərbaycanın Rusiyaya kənd təsərrüfatı məhsulları ixracını gücləndirmək üçün tədbirlər görülüb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *