Lavrov: Mühüm olan Qarabağda vəziyyətin kəskinləşməsinə yol verməməkdir
Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsinə yol verməmək üçün tədbir görmək çox vacibdir.
Oxu.Az xəbər verir ki, bunu cümə axşamı Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib.
“Bu qəbildən olan qığılcamların qarşısını almaq üçün tədbir görmək vacibdir. Amma təmas xəttinin fərqli tərəflərində olan snayperlərin hər gün bir-birinə baxması ayrı şeydir...
Ona görə də siyasi tənzimləmə üzrə səyləri artırdıqda məsələnin bu tərəfinə də diqqət yetirmək laızmdır”, - Azərbaycan və İran XİN rəhbərləri Elmar Məmmədyarov və Məhəmməd Cavad Zərif ilə danışıqlardan sonra Lavrov deyib.
Mənbə:> Oxu.Az