Məmmədyarov, Lavrov və Zərif Bakıda görüşəcəklər
Rusiya XİN rəhbərinin müavini açıqlama verdi.
Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Rusiya, İran və Azərbaycanın XİN rəhbərləri Sergey Lavrov, Cavad Zərif və Elmar Məmmədyarovun üçtərəfli görüşünün keçirilməsi planını təsdiq edib.
Report xəbər verir ki, bunu RİA Novosti-yə Rusiya XİN rəhbərinin müavini Qriqori Karasin deyib.
“Bəli, belə bir görüş planlaşdırılır, gəlin gözləyək”, — deyə o bildirib.
Karasin görüşün hansı tarixdə keçirilə biləcəyini açıqlamayıb.
Bir müddət əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Sergey Lavrovun Bakıya səfərinə hazırlıq işlərinin getdiyini xəbər vermişdi.
Mənbə:> Report.az