ABŞ-ın Rusiya planını açıqladı
ABŞ Ukraynadakı vəziyyətdən istifadə edib Rusiyanı “yerində oturtmaq istəyir”.
ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov qeyd edib ki, Vaşinqtonla Moskvanın soyuq münasibətləri hələ bir müddət davam edəcək.
Onun fikrincə, ABŞ Rusiyanı Avropadan ayırmaq istəyir, bu da Avropa Birliyi ölkələrinə mənfi təsir göstərir.
Lavrovun sözlərinə görə, ABŞ başa düşməlidir ki, dünyada çoxsaylı mərkəzlərə doğru təmayülün güclənməsinə alternativ yoxdur. O deyib ki, bu təmayülü G20, Şanxay Əməkdaşlıq Təşkilatı, BRİCS-in timsalında görmək olar.
Lavrov onu da deyib ki, əgər Moldova öz suverenliyini itirsə və ya öz hərbi-siyasi stausunu dəyişsə, onda Dnestryanı regionun öz müstəqilliyini elan etməyə haqqı var.
Mənbə:> ANSPRESS