Lavrov və Çavuşoğlu Belqradda görüşəcəklər
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ATƏT-in XİN şurasının çərçivəsində Belqradda Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya heyətindən olan mənbə bildirib.
“Türkiyə tərəfinin çoxsaylı xahişlərindən sonra Sergey Lavrov dekabr ayının 3-də ATƏT-in XİN şurası çərçivəsində Belqradda Türkiyənin XİN rəhbəri ilə görüşməyə razılıq verib”, agentliyin mənbəsi bildirib.
Qeyd edək ki, Rusiya və Türkiyə münasibətləri noyabrın 24-dən - Türkiyə qırıcısı Rusiyanın Su-24 təyyarəsini vurduqdan sonra böhran vəziyyətindədir.
Rusiya prezidenti Vladimir Putin bunu “terrorçuların vasitəçilərinin arxadan vurduğu zərbə” adlandırıb. Ankara Su-24-ün onun hava məkanını pozduğunu iddia edir. RF-nin Baş qərargahı təyyarənin Türkiyə sərhəddini keçmədiyini bəyan edir, bunu Suriyanın Hava əleyhinə müdafiə sisteminin məlumatları da təsdiqləyir.
Mənbə:> Oxu.Az