Rusiya Türkiyə ilə viza rejimini bərpa edir
Rusiya 2016-cı il yanvarın 1-dən Türkiyə ilə vizasız rejimi dayandırır.
Oxu.Az xəbər verir ki, belə bir bəyanatla Rusiyanın XİN rəhbəri Sergey Lavrov çıxış edib.
Nazirin sözlərinə görə, Türkiyədə rusiyalılar üçün təhdidlər “tamamilə realdır”.
Lavrov həmçinin bəyan edib ki, Türkiyədə yaraqlıların müxtəlif istiqamətlərdə hərəkəti təşkil olunub və rəsmi Ankara bu məsələdə Moskva ilə həvəssiz əməkdaşlıq edir.
Mənbə:> Oxu.Az