Lavrov Suriyanın hansı səbəbdən dağıla biləcəyini açıqladı
Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib ki, kürdlər danışıqlardan kənarlaşdırılarsa Suriya dağıla bilər.
Rusiyalı nazir bu barədə REN TV telekanalına müsahibəsində bildirib, Oxu.Az xəbər verir.
“Kürdləri Suriyanın gələcəyi haqqında danışıqlardan “atsalar”, o zaman onların bu dövlətin tərkibində qalmaq istəyəcəklərini necə düşünmək olar? Onlar sadəcə beynəlxalq birliyə və bütün bu sxemlərə “əllərini yelləyəcəklər”, - deyə, o, bildirib.
Buna görə Rusiya, Lavrov vurğulayıb, “BMT-nin ultimatumların (Türkiyə tərəfdən – red.) təsiri altında “əyilməyərək” kürdləri də münaqişənin nizamlanması üzrə danışıqlara dəvət etmək üçün əlindən gələni edəcək”.
Mənbə:> Oxu.Az