Lavrov Qarabağ münaqişəsinin həllindən danışdı
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların intensivləşdirilməsinin vaxtı çatıb.
AzNews.info-nun Trend-ə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündə deyib.
O, qeyd edib: “Əsaslar var ki, səylərimizi intensivləşdirməyin vaxtı çatıb. Ümumi ab-hava və nəticəyə istiqamətlənməni nəzərə alaraq, biz bu tərəqqini təmin edə bilərik”.
Öz növbəsində, E.Məmmədyarov bildirib: “İranın nüvə proqramının nizamlanması üzrə uzunmüddətli danışıqların başa çatması ümid verir ki, Dağlıq Qarabağ münaqişəsini də həll etmək olar”.
Mənbə:> Trend