Lavrovla Kerri İŞİD-i müzakirə etdi
Rusiya Xarici İşlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Con Kerri İŞİD-ə qarşı mübarizə metodlarını telefon söhbətində müzakirə edib.
Axar.az TASS-a istinadən xəbər verir ki, bu haqda ilkin məlumatı Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Verilən məlumata görə, tərəflər İraq Şam İslam Dövlətinə qarşı güclərin birləşdirilməsinin, Suriyadakı fəaliyyət istiqamətlərinin genişləndirilməsinin və bu istiqamətdə iki dövlətin müttəfiqliyinin əhəmiyyətindən danışıblar.
Mənbə:> Axar.az