İŞİD-lə yalnız döyüşmək lazım deyil
"İŞİD-ə qarşı təkcə hərbi qüvvə ilə mübazirə aparmaqla bu qruplaşma üzərində qələbə qazanmaq mümkün deyil. Bunun üçün, eyni zamanda, qruplaşmaya qarşı siyasi və iqtisadi müstəvidə də tədbirlər görmək vacibdir".
ANS PRESS-in məlumatına görə, Amerika Birləşmiş Ştatları dövlət katibi Con Kerri belə bir açıqlama ilə çıxış edib.
Kerri İŞİD-lə mübarizədə islahatların keçirilməsini labüd hesab edib.
Kerri Qətərin paytaxtı Dohada Rusiya və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə görüşündən sonra belə bir açıqlama verib.
“İŞİD-ə qarşı mübarizəyə, eyni zamanda, bu qruplaşmanın törətdiyi zorakılıqlardan əziyyət çəkən insanlara humanitar yardım edilməsi də daxildir. Amerika hökumətinin humanitar məqsədlə İraqa əlavə olaraq 62 milyon dollar məbləğində vəsait ayırması mənim üçün məmnunedici haldır. “Düşünür ki, Suriyada Əsəd rejimi öz xalqına qarşı törətdiyi zorakılıqlara görə öz legitimliyini itirib. Bu isə xarici döyüşçülərin bu ölkədə müharibəyə cəlb olunmasına, həmçinin, İŞİD qruplaşmasının yaranmasına gətirib çıxardı”, deyə Kerri bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz növbəsində Suriya hökumətinə ölkədəki ekstrimistlərə qarşı mübarizə apara bilməsi üçün dəstəyini davam etdirəcəyini bildirib:
“Biz həmişə qan tökülməsinə qarşı çıxmışıq. Bu münaqişədə Suriya xalqından başqa heç kimi dəstəkləmirik. Hazırda bu ölkəyə qarşı, eyni zamanda, İraq və digər Yaxın Şərq ölkələrinə qarşı təhlükə mənbəyi məhz İŞİD qruplaşmasıdır. Biz isə Suriya hökumətinə bu qruplaşmaya qarşı mübarizə aparması üçün hərbi və texniki dəstəyimizi əsirgəmirik”
İŞİD-ə qarşı mübarizə, eyni zamanda, İraqda da davam edir. Ötən gün Amerikanın müdafiə nazirliyi 3 gün əvvəl İraqın Maxmur şəhərində keçirilən anti-İŞİD əməliyyatlarına dair kadrları yayımlayıb. Əməliyyatlar zamanı qırıcılar İŞİD-ə məxus silah zavoduna qarşı aviazərbələr endiriblər.
Mənbə:> ANSPRESS