ABŞ-dan Rusiyaya 4-cü Qarabağ zəngi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

ABŞ-dan Rusiyaya 4-cü Qarabağ zəngi

ABŞ-dan Rusiyaya 4-cü Qarabağ zəngi


ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında növbəti dəfə telefon danışığı baş tutub. ANS PRESS-in məlumatına görə, Kerrinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyət də müzakirə edilib.

Rusiya XİN-in rəsmi saytında yerləşdirilmiş məlumatda qeyd olunur ki, telefon söhbətinin gedişində tərəflər Suriyada atəşkəs rejiminə riayət olunması ilə bağlı fikir mübadiləsi aparıblar.

ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərləri həmçinin Ukrayna və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Aprelin əvvəllərində 4 günlük Qarabağ müharibəsindən sonra ABŞ və Rusiya rəsmiləri arasında Dağlıq Qarabağ münaqişəsi ilə danışıqlar intensiv hal alıb. Belə ki, aprelin 2-dən bu yana Lavrov və Kerri arasında baş tutan 4 telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Lakin münaqişə ilə bağlı nələrin müzakirə edildiyi, hansı nəticəyə gəlindiyi barədə heç bir açıqlama verilməyib.

Lavrov və Kerri arasında birinci telefon danışığı elə müharibə gedərkən – aprelin 4-də baş tutub. Söhbət zamanı hər iki ölkənin xarici siyasət idarəsinin rəhbəri Qarabağda gərginliyin artmasından ciddi narahat olduqlarını bildiriblər və tərəfləri hərbi əməliyyatların dərhal dayandırmağa çağırıblar. Bu danışıqdan sonra aprelin 5-də Azərbaycan və Ermənistan arasında atəşkəsin bərpası barədə razılıq əldə olunub.

Növbəti telefon danışığı aprelin 16-da olub. Kerrinin təşəbbüsü ilə baş tutan danışıq zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Lakin Kerri – Lavrov danışığı barədə ətraflı məlumat verilməyib.

ABŞ və Rusiya rəsmiləri arasında üçüncü telefon danışığı aprelin 29-da olub. Bu dəfə də Dağlıq Qarabağ münaqişəsi müzakirə edilsə də telefon danışığının təfərrüatları barədə açıqlama verilməyib.

Ümumiyyətlə, 4 günlük müharibədən sonra Birləşmiş Ştatlar münaqişənin həlli ilə bağlı səylərini artırıb. Kerri Lavrova zəng etməklə yanaşı Azərbaycan Prezidenti İlham Əliyevlə telefon əlaqəsi saxlayır. Aprelin 25-də baş tutan telefon danışığı zamanı Kerri Əliyevə bildirib ki, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə riayət olunması və münaqişənin nizamlanması üçün danışıqlara başlamaq vacibdir.

Azərbaycan və Ermənistan arasında 4 günlük müharibə aprelin 1-dən 2-nə keçən gecə başlayıb. Erməni silahlı bölmələri bütün cəbhəboyu hücuma keçib. Azərbaycan Silahlı Qüvvələri əks həmlə ilə qarşı tərəfin ön müdafiə xəttini yararaq bir neçə kilometr irəliləyib və strateji yüksəklikləri işğaldan azad edib.

Müharibə zamanı Azərbaycan Ordusu 90-dan çox şəhid verib, ermənilərin itkiləri isə 300-dən çox olub, 500-dən çox hərbçisi isə yaralanıb, onlarla hərbi texnikası məhv edilib. Aprelin 5-də isə Azərbaycan və Ermənistan arasında atəşkəsin bərpası barədə razılıq əldə olunub. Lakin qarşı tərəf bu günə qədər atəşkəs rejimini pozur.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *