Nazir müavini: Azərbaycan Suriyaya humanitar yardım göndərməyi planlaşdırır
Çin, Azərbaycan, Serbiya, Hindistan və Qazaxıstan Suriyaya humanitar yardım göndərməyi planlaşdırır.
Aznews.info Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Pekində keçirilən Syanşan Təhlükəsizlik Forumunda bildirib.
Nazir müavini qeyd edib ki, Rusiya Hələb bölgəsində genişmiqyaslı humanitar əməliyyata başlayıb və beynəlxalq ictimaiyyəti onun səylərini dəstəkləməyə çağırır.
“Rusiyanın Suriyadakı fəaliyyətinin mühüm məqamı bu ölkənin xalqına humanitar yardım təmin etməkdən ibarətdir. Son zamanlarda Hələb bölgəsində genişmiqyaslı humanitar əməliyyat başlatmışıq. Üstəlik, beynəlxalq ictimaiyyətə, qabaqcıl ölkələrin müdafiə nazirliklərinə müraciət edərək onları da bu səylərə dəstək verməyə çağırmışıq. Belarus bizi dəstəkləyib. Eyni zamanda Çin, Azərbaycan, Serbiya, Hindistan, Qazaxıstan da humanitar yardım göndərməyi planlaşdırır”, - deyə o vurğulayıb.
Mənbə:> Report.az