Azərbaycan Qırğızıstana humanitar yardım etdi
Azərbaycanın zəlzələdən zərər çəkənlər üçün göndərdiyi humanitar yardım karvanı artıq Qırğızıstana çatıb.
Oxu.Az AKİpress-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Humanitar yardım karvanına 20 yük maşını daxildir. İki maşın yaranan texniki problem səbəbdən hazırda Qazaxıstan ərazisindədir.
Qeyd edək ki, humanitar yardımın dəyəri bir milyon manatdır. Humanitar yardıma 19 ton qənd, 19 ton şəkər tozu, 19 ton düyü, 8 tondan artıq çay, 16 tondan artıq bitki yağı, 38 ton un, 19 ton makaron, 18 tondan artıq vermişel, 3500 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəstləri), 50 generator, 240 ədəd çadır, 6006 kvadrat metr dam örtüyü (dəmir şifer), 70 kubmetr taxta, 40 metr reyka, 26 tondan artıq benzin, 29 ton dizel, 195 ədəd istilik sobası daxildir.
Mənbə:> Oxu.Az