Azərbaycan Qırğızıstana yardım göndərəcək
Cari ilin noyabrında Qırğızıstanın Oş vilayətində baş vermiş güclü zəlzələ dağıntılara səbəb olub, infrastruktura ziyan vurub.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Oxu.Az-a bildiriblər ki, baş vermiş təbii fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi üçün Qırğızıstan hökuməti Azərbaycan hökumətinə müraciət edib.
Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti adından FHN hazırda təbii fəlakət zonasına bir milyon manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür.
Mənbə:> Oxu.Az