Azərbaycan və Gürcüstan vətəndaşları Nepaldan təxliyyə edildi
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən aprelin 29-da Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi tərəfindən “BE-200ÇS” tipli təyyarə ilə Nepal Federativ Demokratik Respublikasına yola salınmış humanitar yardım uğurla ünvana çatdırılıb.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, həmin təyyarə Nepalda təbii fəlakət zonasından təxliyyə edilmiş Azərbaycan Respublikasının 13 və Gürcüstanın 4 vətəndaşının Bakıya çatdırılması üçün havaya qalxıb.
Mənbə:> Oxu.Az